Çində qatar sınaq zamanı saatda 453 km sürətə çatıb


Çinin CR450 sürət qatarı sınaq zamanı 453 km/saat rekord sürətə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.  
Məlumata görə, CR450 Şanxay-Çuntsin-Çendu yüksəksürətli dəmir yolunda sınaqdan keçirilib.
Qatar, həmçinin 350 km/saat sürəti cəmi 4 dəqiqə 40 saniyəyə yığıb.
Qatar 600 min kilometrlik sınaq yürüşündən sonra sərnişinlərə xidmət göstərməyə hazır olacaq.
Qeyd edək ki, CR450-nin prototipi 2024-cü ilin dekabrında təqdim edilib.
Daha qısa əyləc məsafəsinə malik olan qatarın təkmilləşdirilmiş idarəetmə sistemi onu mövcud modellərlə müqayisədə daha təhlükəsiz edəcək. Qatar daha komfortlu olmaqla yanaşı, enerjiyə də daha çox qənaət edəcək.

DİGƏR XƏBƏRLƏR

Top