Nazirlik Vəli Bayroyevdən 18 min manata ofis icarəyə götürüb


Ədliyyə Nazirliyi fiziki şəxs Bayroyev Vəli Kərəm oğlu (VÖEN – 6100826512) ilə satınalma müqaviləsi bağlayıb.
Yeniavaz.com
xəbər verir ki, nazirlik müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Qeyd edək ki, müqavilənin şərtlərinə görə, Ədliyyə Nazirliyi Xətai rayon icra şöbəsi üçün Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 63 ünvanında yerləşən, ümumi sahəsi 598 kv. metr olan qeyri-yaşayış binasını icarəyə götürəcək.
Nazirlik 14 oktyabr 2025-ci il tarixindən 31 dekabr 2025-ci il tarixinə kimi Bayroyev Vəli Kərəm oğluna 18 min manat ödəyəcək.
Məlumat üçün bildirək ki, Ədliyyə Nazirliyi daha əvvəl də paytaxt Bakıda və müxtəlif rayonlarda fəaliyyət göstərən onlarla qurum üçün ofis sahələri və bəzi məhkəmələr üçün inzibati binalar icarəyə götürüb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top