
İngiltərənin “Çelsi”, “Brayton” və “Vest Hem” klublarının keçmiş baş məşqçisi Qrem Potter İsveç milli komandasının baş məşqçisi vəzifəsinə keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Məlumata görə, ingilis mütəxəssis dünya çempionatının seçmə turnirində nəticə əldə etmədiyi üçün istefaya göndərilən danimarkalı baş məşqçi Yon Dal Tomassonu əvəzləyib.
Qeyd edək ki, İsveç dörd oyundan bir xalla B qrupunda sonuncu yerdədir.
Xatırladaq ki, Qrem Potterin müqaviləsi 2026-cı ilin martında keçiriləcək mümkün pley-off oyunları da daxil olmaqla, seçmə mərəhəsinin sonuna qədərdir.