FİFA ofsayd qaydasını dəyişmək istəyir – KİV


FIFA 2026-cı il dünya çempionatına qədər ofsayd qaydalarında dəyişiklik edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mundo Deportivo” qəzeti keçmiş hakim Eduardo İturralde Qonsalesə istinadla məlumat yayıb.
Sözügedən ofsayd qaydası keçmiş futbolçu və məşqçi, həmçinin, FIFA-nın Dünya Futbolunun İnkişafı üzrə Direktoru Arsen Venger tərəfindən hazırlanmış “Venger Qanunu” kimi tanınır.
Vengerin təşəbbüsünə əsasən, ofsayd yalnız hücumçu ilə müdafiəçi arasında açıq bir boşluq olduğu halda qeydə alınacaq. Əgər oyunçular eyni xətt üzərindədirsə (hətta qismən də olsa) və məsələn, hücumçunun dabanı müdafiəçinin ayağı ilə bərabərdirsə, o zaman ofsayd olmayacaq.
“Proses belədir: oktyabrın sonu və ya noyabrın sonunda 23 oyunçu və 11 hakimdən ibarət ekspert komitəsi yeni təkliflərə baxır. Ən maraqlısı odur ki, bu komitəyə təşəbbüsün müəllifi olan Vengerin özü sədrlik edir. İdeya bu mərhələdən keçərsə, o, yanvarın 20-də illik toplantıda təqdim olunur, daha sonra isə fevralın sonunda və ya fevralın əvvəlində keçiriləcək ümumi yığıncaqda təqdim edilir. Bu mərhələyə çatan təkliflər adətən təsdiqlənir”, - İturralde qeyd edib.
Qeyd edilib ki, yeni qayda 2026-cı ildə, mundial zamanı sınaqdan keçirilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top