
FIFA U-20 dünya çempionatının final oyununda Mərakeş Argentina yığmasını 2:0 hesabı ilə məğlub edib.
Yeniavaz.com xəbər verir ki, turnir Çilidə baş tutub.
Hər iki qolu Yasin Zabiri (12 və 29-cu dəqiqə) vurub.
Kolumbiya komandası isə üçüncü yer uğrunda görüşdə Fransa yığmasını məğlub edərək (1:0) bürünc medala sahib olub.
Qeyd edək ki, Mərakeş ilk dəfə gənclər arasında dünya çempionatının qalibi olub. Sonuncu FIFA U-20 dünya çempionu isə Uruqvay idi.
Xatırladaq ki, turnirdə ən çox qalib gələn ölkə Argentinadır. Komanda indiyə qədər altı dəfə bu titula sahib olub.