Durant NBA tarixində ən çox maaş almış basketbolçu olub


ABŞ millisinin üzvü, dördqat olimpiya çempionu Kevin Durant Milli Basketbol Assosiasiyasının (NBA) “Hyuston” klubu ilə yeni müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Yeni müqavilə 2027-28 mövsümünə qədər uzatmaq imkanı ilə iki illikdir və ümumi dəyəri 90 milyon dollardır. Durant müqavilənin 120 milyon dollar uzadılması hüququna malik idi, lakin o kluba maliyyə çətinliyi yaşatmamaq və uzunmüddətli tərəfdaşlığın təməlini qoymaq üçün güzəştlər edib.
Bununla da Durant NBA tarixində ən çox maaş almış basketbolçu olub (598,2 milyon dollar). O, həmçinin dördqat NBA çempionu, “Los Anceles Leykers”in üzvü  LeBron Ceymsi (583,9 milyon dollar) ötüb.

DİGƏR XƏBƏRLƏR

Top