
Türkiyədə zəlzələ meydana gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 14:39-da (Bakı vaxtı ilə 15:39) qeydə alınıb.
Osmaniyənin Sumbas rayonunda qeydə alınan zəlzələnin maqnitudası 4,1 bal gücündə olub və episentri 7 kilometr dərinlikdə yerləşib.