Qəzzada əməliyyatlar yenidən başlayır – Netanyahu əmr verdi


İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzanın cənub hissəsində baş verən atışma hadisəsindən sonra hərbçilərə anklavda radikallara qarşı “qətiyyətli addımlar atmağı” əmr edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə baş nazirlik məlumat yayıb.
Bildirilib ki, bundan əvvəl İsrail ordusu anklavın cənubundakı Rəfah şəhəri ərazisində radikalları atəşkəsi “kobud şəkildə pozmaqda” ittiham edərək, onlara zərbələr endirib.
“HƏMAS-ın atəşkəsi pozmasından sonra Baş nazir Netanyahu müdafiə naziri İsrael Katz və təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə məsləhətləşmələr aparıb və Qəzza zolağında terrorçuların hədəflərinə qarşı qətiyyətli addımlar atmağa göstəriş verib”, - Baş nazirin yaydığı bəyanatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top