
Fransanın paytaxtı Parisdə yerləşən məşhur Luvr muzeyində soyğunçuluq ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
AFP-nin məlumatına görə, hadisə bazar günü səhər saatlarında baş verib. Quldurlar zinət əşyalarını oğurlayaraq hadisə yerindən qaçıblar.
Mənbələr bildiriblər ki, naməlum sayda oğru skuterlərlə gəlib, yük liftindən istifadə edərək binaya daxil olublar. Onlar kiçik zəncirli mişarlardan istifadə ediblər.
Hazırda dəymiş ziyanın miqdarı hesablanır. Fransanın mədəniyyət naziri Raşida Dati bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb və polis araşdırma aparır.