
ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkə boyu davam edən “No Kings” (“Kral yoxdur”) etirazları fonunda diqqətçəkən paylaşım edib.
Yeniavaz.com xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampın tac taxdığı və qılınc qaldırdığı süni intellektlə hazırlanan videonu sosial şəbəkə hesabında paylaşıb.
Videoda Tramp kral libasında – tac və xalat geyinmiş şəkildə təsvir olunur. Kadrların sonunda o, əlində qılınc tutaraq onu yuxarı qaldırır.
Eyni zamanda videoda Demokrat Partiyasının tanınmış siyasətçiləri, o cümlədən ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi və Senatın demokrat lideri Çak Şumerin Trampın qarşısında diz çökdüyü anlar da yer alır.
Paylaşım ABŞ ictimaiyyətində geniş rezonans doğurub. Demokrat siyasətçilər və bir çox media nümayəndələri videonu “avtoritar simvolizmin təşviqi” kimi qiymətləndirib. Respublikaçılar düşərgəsində isə bəziləri bunu “siyasi satira” və “sosial media ironiyası” adlandırıblar.
Qeyd edək ki, ABŞ-ın bir sıra şəhərlərində son günlər “No Kings” şüarı ilə keçirilən aksiyalar Tramp administrasiyasının artan hakimiyyət səlahiyyətlərinə etiraz məqsədi daşıyır.
— JD Vance (@jd-vance-1.bsky.social) 18 October 2025 at 23:32