Təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat etdi


AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Lent.az-a mərhumun yaxınları məlumat veriblər.
Məlumata görə, o bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top