
Ukrayna Prezidenti Volodimir Zelenskinin səfəri şərəfinə Ağ Evdə təşkil edilən işçi naharın menyusu açıqlanıb.
Yeniavaz.com Tramp administrasiyasının mətbuat hovuzuna istinadla xəbər verir ki, yeməklərə qızardılmış toyuq və karamelli şifon tortu daxil olub.
Verilən məlumata görə, qonaqlara şüyüdlü salat, yaşıl noxudlu frikase, həmçinin şirin kartoflu toyuq qızartması təklif olunub.
Yemək “Makintoş” almaları, həmçinin, klementin dondurması və böyürtkən sousu karamelli şifon tortu ilə yekunlaşıb.
Qeyd edək ki, Zelenskinin Vaşinqtona səfəri 2025-ci ildə üçüncü səfər olub. Son səfər ABŞ və Rusiya liderləri arasında uzun sürən telefon danışığından sonra baş tutub və nəticədə, Budapeştdə təkbətək görüş keçirmək barədə razılıq əldə olunub.
Kiyev Tramp və Putin arasında gözlənilən danışıqların ABŞ-nin Ukraynaya hərbi yardımla bağlı qərarlarına təsir edə biləcəyindən narahatlığını ifadə edib.
Tətbiqimizi yükləyə bilərsiniz