
Məşhur çinli fizik, Nobel mükafatı laureatı Yan Çjennin 103 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, Çin Elmlər Akademiyasının üzvü, Tsinxua Universitetinin professoru Yan Çjennin oktyabrın 18-də Pekində vəfat edib.
Yan Çjennin Hefey şəhərində (Çinin şərqindəki Anhoy əyaləti) anadan olub. 1940-cı illərdə o, ABŞ-yə mühacirət edib, burada elmi və pedaqoji fəaliyyətlə məşğul olub.
Ölçmə nəzəriyyəsini inkişaf etdirdiyinə görə 1957-ci ildə Nobel mükafatı alıb.
20 ildən artıqdır ki, alim Çinə qayıdıb və burada fizika üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verib.
Bundan əlavə, onun beynəlxalq elmi mübadilələrin təşviqində də mühüm rolu olub.
Tətbiqimizi yükləyə bilərsiniz