
PSJ “Barselona”nın 18 yaşlı cinah oyunçusu Lamin Yamalı futbol tarixində rekord qiymətə transfer etmək istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Goal.com” portalı məlumat yayıb.
Məlumata görə, Yamalın Kataloniya klubu ilə müqaviləsi 2031-ci ilə qədərdir və onun müqaviləsində 1 milyard dolarla sərbəst qalma maddəsi var.
Buna baxmayaraq, parislilər 2017-ci ildə Neymarın transferi üçün təklif etdikləri 257 milyon dollarlıq rekord məbləğdən daha yüksək bir məbləğ təklif etməyə hazırdır.
PSJ nümayəndələrinin mümkün transferlə bağlı ilkin danışıqlar apardığı bildirilsə də, klub rəsmiləri hələlik hər hansı təklifi rədd edirlər.
Medianın məlumatına görə, potensial sövdələşmə 277 milyon dollara çata bilər.
Qeyd edək ki, bu mövsüm Yamal “Barselona”nın heyətində 5 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.