“ABŞ-nin “Tomahawks”a ehtiyacı var” − Tramp


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonun özünün “Tomahawk” raketləri və Kiyevə verilən bəzi digər silahlara ehtiyacı var.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tramp Ağ Evdə Vladimir Zelenski ilə görüşünün əvvəlində deyib.
Trampdan soruşulub ki, Ukraynaya “Tomahawk” tədarük etdikdən sonra ölkəsi münaqişəyə girərsə və raketlərə ehtiyac olarsa, ABŞ nə edəcək.
“Bu, problemdir. Bizə “Tomahawk” lazımdır. Və son dörd il ərzində Ukraynaya göndərdiyimiz bir çox başqa şeylərə ehtiyacımız var. Biz onlara çox şey vermişik”, - Amerika lideri bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top