
Xəbər verdiyimiz kimi, Dilan Polat, Engin Polat, Simge Sağın, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babataş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin Talu, Deren Talu, Birce Akalay, Metin Akdülger, Ceren Moray Orcan kimi Türkiyəli məşhurlar oktyabrın 8-də İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində narkotik istifadə ittihamı ilə saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, şəxslərdən saç və qan nümunələri götürülüb, lazımi analizlər üçün Məhkəmə Tibb İnstitutuna aparılıb.
Məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən, 19 məşhurdan 8-nin qanında narkotik aşkarlanıb. Testi müsbət çıxan adlar Dilan Polat, Derin Talu, Deren Talu, Birsen Berrak Tüzünataç, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırım olub.
Polat və Taluların, Tüzünataç və Akalayın saçlarında kokain tapılıb.
Aka, Akdülger və Yıldırımın qanında marixuana istifadəsi ilə əlaqədar THC-COOH adlı narkotik aşkarlanıb.
Qan analizində aktiv maddə aşkarlanan məşhurlar Engin Polat, İrem Derici, Feyza Altun və Ziynet Salı Safter olub. Derici, Altun və Salının dərmanlarını reseptlə aldıqları bildirilib.
Qan analizləri təmiz çıxan və heç bir maddə aşkarlanmayan məşhurlar Duyqu Özaslan Mutaf, Demet Evgar Babataş, Mert Yazıcıoğlu, Zeynep Meriç Aral, Ceren Moray Orcan, Hadisə Açıkgöz və Özge Özpirinççi Yamantürk olub.