
“Barselona”nın futbolçusu Lamin Yamal artıq pulsuz avtoqraf verməyəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, futbolçu öz avtoqrafı olan malları satacaq bir şirkətlə yeni reklam müqaviləsi imzalayacaq. Yamaldan onun imzası olan unikal malların qiymətinin aşağı düşməməsi üçün pulsuz avtoqraf verməməyi tələb olunub.
Qeyd edək ki, 18 yaşlı Yamal 2024/25 mövsümündə komanda ilə İspaniya çempionluğu, İspaniya kuboku və İspaniya Superkubokunun qalibi olub. Ötən mövsüm futbolçu klubun heyətində 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib. O, həmçinin 2023-cü ildə İspaniya çempionatının qalibi olub. Bu mövsüm Yamal İspaniya liqasında dörd oyunda iki qol vurub və dörd məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz