
FIFA milli komandaların növbəti reytinq cədvəlini elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ali futbol qurumunun rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, Azərbaycan yığması reytinqdə bir pillə irəliləyib.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1142,25 xalla 123-cü yerdə qərarlaşıb.
Reytinqə 1880,76 xalla son Avropa çempionu İspaniya millisi başçılıq edir. İkinci sırada son dünya çempionu Argentina (1872,43), üçüncü pillədə isə Fransa (1862,71) yer alıb.
Tətbiqimizi yükləyə bilərsiniz