
2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün bir milyondan çox bilet satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) sosial media hesabında məlumat verib.
FİFA həmçinin turnirdə 212 ölkə və ərazidən azarkeşlərin iştirak edəcəyini bildirib.
Qeyd edək ki, dünya çempionatı Şimali Amerikada iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Yarışda hər biri dörd komanda olmaqla 12 qrupa bölünən 48 milli komanda iştirak edəcək. İlk iki yeri tutan komanda, üçüncü yeri tutan səkkiz ən yaxşı komanda ilə birlikdə Dünya Çempionatının pley-off mərhələsinə yüksələcək. Bundan əlavə, turnirə yeni mərhələ əlavə olunacaq: 1/16 final.