Cinayət törədənlərin 95 faizi kişlərdir


Ötən il Azərbaycanda 33 min 379 cinayət qeydə alınıb ki, bunlardan 4 min 727-si ağır və xüsusilə ağır kateqoriyaya daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, ölkədə hər 100 min nəfərə düşən cinayətlərin sayı 327 nəfərdir.
Cinayət törədən şəxslərin ümumi sayı isə 22 min 485 nəfər olub ki, onların 21 min 250-si kişi, 1 235-i qadın, 472-si isə 14-17 yaş arası uşaqlardır.
Məhkum olunanların sayı isə 15 min 885 nəfər təşkil edib. Bu şəxslərin əksəriyyəti kişilərdir (15 min 241), qadın məhkumların sayı 644, 14-17 yaş arası yeniyetmələrin sayı isə 285 nəfər olub. Məhkum olunanlar arasında azadlıqdan məhrum edilənlərin sayı 9 min 276 nəfər təşkil edib.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top