
İsrailin girovların cəsədlərinin axtarışında HƏMAS-a kömək etmək üçün Türkiyənin xilasetmə missiyasının Qəzzaya daxil olmasına icazə verməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kan 11” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İsrail HƏMAS-ın ən azı on girovun qalıqlarının yerini bildiyinə inanır.
Bu yerlərin əksəriyyətinə asanlıqla çatmaq olar və HƏMAS-ın cəsədləri çıxarmaq üçün xüsusi avadanlıqlara ehtiyacı yoxdur.
Qeyd edək ki, İsrail HƏMAS-ı Trampın Qəzza ilə bağlı sülh planının ikinci mərhələsinin icrasını gecikdirməkdə ittiham edir. Bu mərhələ hərəkatın tərksilah edilməsini nəzərdə tutur.
Tətbiqimizi yükləyə bilərsiniz