Trampın keçmiş müşaviri nədə ittiham olunur? – Açıqlandı

 
ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton məxfi məlumatları (ən azı 18 məxfi məlumat) qanunsuz olaraq paylaşmaqda ittiham olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı məhkəmə mənbələrinə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Amerika liderinin keçmiş müşavirinə qarşı Merilend ştatında böyük münsiflər heyəti tərəfindən ittiham irəli sürülüb.
Mənbələrin dediyinə görə, o, gizli məlumatları həyat yoldaşı və qızı ilə e-poçt vasitəsilə paylaşıb.
Sentyabrın sonunda məlum olub ki, Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri Boltonun ofisində gizli sənədlər tapıblar.
“The Washington Post” qəzetinin yazdığına görə, FTB agentləri keçən ayın əvvəlində onun evində axtarış apararaq , məxfi məlumatların icazəsiz saxlanılması, Casusluq Aktının pozulması və milli müdafiə məlumatlarının düzgün ötürülməməsi şübhəsi ilə kompüterləri, telefonları və sənəd qovluqlarını ələ keçiriblər.
Müsadirə edilən qovluqların bəzilərində “Tramp I-IV” yazısı olub.
Qeyd edək ki, 2018-ci ildə, prezident kimi ilk müddətində Tramp Boltonu milli təhlükəsizlik üzrə müşaviri təyin edib. 2019-cu ilə qədər ikisi arasında fikir ayrılıqları dərinləşib və sentyabrın 10-da Amerika lideri müşaviri vəzifəsindən azad edib.

DİGƏR XƏBƏRLƏR

Top