
ABŞ Prezidenti Donald Tramp Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ lideri Putinlə təqribən iki saat davam edən telefon danışığından sonra sosial şəbəkə hesabında məlumat yayıb.
Trampın sözlərinə görə, görüşdən əvvəl Amerika və Rusiyanın yüksək rütbəli rəsmiləri iclas keçirəcək. ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio başçılıq edəcək. Danışıqlar gələn həftə, daha sonra müəyyən ediləcək yerdə baş tutaca:
“Daha sonra biz Rusiya ilə Ukrayna arasındakı bu rüsvayçı müharibəyə son qoymağa çalışmaq üçün razılaşdırılmış yerdə, Macarıstanın paytaxtı Budapeştdə görüşəcəyik”.
Xatırladaq ki, Tramp və Putin təxminən iki aydan sonra ilk dəfə telefonla danışıblar. Bu müddət ərzində ABŞ prezidentinin Rusiyaya qarşı ictimai ritorikası xeyli sərtləşib. Cümə günü, oktyabrın 17-də Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Digər məsələlərlə yanaşı, onların Kiyevə “Tomaqavk” qanadlı raketlərinin mümkün tədarükü məsələsini müzakirə edəcəkləri gözlənilir.