Bricit Bardo xəstəxanaya yerləşdirildi


Fransız aktrisa Bricit Bardo “ağır xəstəlik” səbəbilə xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Nice Matin” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, 91 yaşlı aktrisa üç həftə əvvəl Fransanın cənubundakı Tulon xəstəxanasına yerləşdirilib. O vaxtdan bəri aktrisa müalicə alıb, həm də əməliyyat olunub.
Nəşr qeyd edib ki, Bardonun vəziyyəti mütəxəssisləri narahat edir, lakin onun üç gündən sonra xəstəxanadan çıxması planlaşdırılır.
Xatırladaq ki, Bardo 28 sentyabr 1934-cü ildə Parisdə anadan olub. 38 yaşında sona çatan kino karyerası ərzində 48 filmdə rol alıb. Bunlara Lui Mallenin rejissoru olduğu “Şəxsi həyat” və Jan-Lyuk Qodarın “Niffət” daxildir. Onun filmləri həmişə həm Fransada, həm də xaricdə böyük auditoriyanı cəlb edib. Karyerasını bitirdikdən sonra heyvan hüquqları ilə məşğul olub.
 

DİGƏR XƏBƏRLƏR

Top