Hakan Fidan Marko Rubio ilə danışdı


Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefonda Ukraynada nizamlanma perspektivlərini, Şarm əl-Şeyxdə Qəzza sülh sammitində əldə edilmiş razılaşmaların icrası mexanizmlərini müzakirə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, Türkiyə xarici işlər naziri və ABŞ dövlət katibi Suriyadakı vəziyyəti də müzakirə ediblər.
Bundan başqa, tərəflər Suriyada baş verənlər, İranın nüvə proqramı üzrə danışıqlar, Rusiya və Ukrayna arasında davam edən münaqişə ilə bağlı fikir mübadiləsi aparıblar.

DİGƏR XƏBƏRLƏR

Top