Gürcüstan DİN ATƏT sədrini cərimələdi


Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) ATƏT-in fəaliyyətdə olan sədri, eyni zamanda Finlandiyanın xarici işlər naziri Elina Valtoneni 14 oktyabr tarixində etiraz aksiyası zamanı yolu qanunsuz bağladığına görə 5 min lari (1,8 min dolar) cərimələyib.
Yeniavaz.com
Gürcüstan KİV-ə istinadla xəbər verir ki, Gürcüstan qanunvericiliyinə görə, aksiya iştirakçılarının sayı yolu təbii şəkildə bağlamaq üçün kifayət deyilsə, avtomobillərin hərəkətinə maneə yaratmaq cərimə ilə cəzalandırılır.
Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 174 1-ci maddəsinin 5-ci hissəsinə əsasən, “yolu bağlamaq” üçün cərimə 5000 lari təşkil edir.
Hələlik Valtonenə inzibati xəta protokolunun təqdim edilib-edilmədiyi və onun Gürcüstandan çıxmazdan əvvəl cəriməni ödəyib-ödəmədiyi məlum deyil.
Qeyd edək ki, Elina Valtonen oktyabrın 14-də və 15-də Gürcüstana səfər edib. Oktyabrın 14-də o, “Gürcü arzusu” hökumətinin xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. Daha sonra o, parlament qarşısında ötən il noyabrın 28-dən davam edən etiraz aksiyasına qoşulub.

DİGƏR XƏBƏRLƏR

Top