
Bu ilin ilk 9 ayı ərzində Azərbaycan İsrailə 18 milyon 961,7 min dollar dəyərində məhsul ixrac edib, əvəzində İsraildən 41 milyon 730 min dollar dəyərində məhsul idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə İsrailə ixracın həcmi dəyər ifadəsində 78 dəfə azalıb, idxal isə 83% artıb.
Qeyd edək ki, ixracın bu cür kəskin azalmasının səbəbi Azərbaycanın İsrailə xam neft satışını dayandırması olub. Ötən ildən fərqli olaraq bu il Azərbaycan İsrailə xam neft satmayıb.
Elnur Əli