“Yabancı damat”ın “Memik Dede”si vəfat etdi


“Yabancı damat” serialındakı “Memik Dede” obrazı ilə milyonların sevgisini qazanan türkiyəli aktyor Arif Erkin Güzelbeyoğlu vəfat edib.
Yeniavaz.com
“Haberler.com”a istinadla xəbər verir ki, Türkiyə televiziya və teatr dünyasının qazisi bu gün səhər saatlarında 90 yaşında dünyasını dəyişib.
Məşhur aktyor “Yabancı Damat” serialı ilə yanaşı, “Bizimkiler”, “Doksanlar”, “Canım Ailem”, “Muhteşem Yüzyıl” kimi seriallardakı unudulmaz obrazları ilə də yaddaşlara həkk olunub.
Aktyorun ölüm xəbərini oğlu Mehmet Güzelbeyoğlu açıqlayıb.
Qeyd edək Arif Erkin Güzelbeyoğlu 90 yaşını keçən ay qeyd etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top