General Teymur Mehdiyev borclarını vaxtında ödəməyib


Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş Prezidenti Ramiz Mehdiyevin oğluna məxsus olan “Şərq-Qərb” ASC-nin (VÖEN - 2000043631) dövlət büdcəsinə vaxtında ödənilməyən 52 min 144 manat vergi borcu var.
Yeniavaz.com
 xəbər verir ki, nizamnamə kapitalı 589 min 880 manat olan ASC Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir. 
Qeyd edək ki, bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək “Şərq-Qərb” ASC-yə çevrilib. “Şərq-Qərb” ASC-nin səhmlərinin 96,5%-i Mehdiyev Teymur Ramiz oğluna məxsusdur.
Onu da qeyd edək ki, Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev hal-hazırda Fövqəladə hallar nazirinin müavinidir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top