İxracda neft-qaz sektorunun payı son illərdə ən aşağı səviyyəyə düşüb


Bu ilin ilk 9 ayı ərzində Azərbaycandan xarici ölkələrə 18 milyard 606 milyon 494,2 min dollar dəyərində məhsul ixrac edilib.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixracın 15 milyard 957 milyon 864,6 min dolları və ya 85,76%-i neft-qaz sektorunun payına düşüb.
Qeyd edək ki, Azərbaycanın ümumi ixracında neft-qaz sektorunun payı son illərdə ən aşağı səviyyəyə düşüb:
Yanvar-Sentyabr 2015-ci il – 86,89 %;
Yanvar-Sentyabr 2016-cı il – 86,57 %;
Yanvar-Sentyabr 2017-ci il – 88,6 %;
Yanvar-Sentyabr 2018-ci il – 91,36 %;
Yanvar-Sentyabr 2019-cu il  – 87,97 %;
Yanvar-Sentyabr 2020-ci il – 87,88 %;
Yanvar-Sentyabr 2021-ci il – 87,63 %;
Yanvar-Sentyabr 2022-ci il – 92,83 %;
Yanvar-Sentyabr 2023-cü il – 90,81 %;
Yanvar-Sentyabr 2024-cü il – 87,58 %;
Yanvar-Sentyabr 2025-ci il – 85,76 %.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top