
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslardan və danışıqlarının nəticələrindən məmnun olduğunu bildirib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə o, hökumətin iclasından sonra keçirilən brifinqdə qeyd edib.
"Mən Kopenhagendəki görüşümüzdən və ümumilikdə təmaslarımızın nəticələrindən məmnunam. Mən həmçinin sülhə gedən yolun institusionallaşdırılmasından da məmnunam. Hörmətli həmkarlar, sülh faktdır”, - Paşinyan bildirib.
Qeyd edək ki, oktyabrın 2-də Kopenhagendə Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilmişdi.