
Qızılın qiyməti daha bir rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 4250 dolları keçib.
Belə ki, Bakı vaxtı ilə saat 07:11-ə olan məlumata görə, qızılın qiyməti 0,72% faiz artaraq, 1 troy unsiyası üçün 4255,4 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 08:05-ə olan məlumata görə, qızılın qiymətinin artımı ləngiyərək, 1 troy unsiyası üçün 4249,5 dollar (+0,58%) olub.