“Qalatasaray” erməni futbolçu ilə maraqlanır – KİV


Türkiyənin “Qalatasaray” klubu Rusiyanın “Krasnodar” klubunun yarımmüdafiəçisi Eduard Spertsyanı transfer siyahısına daxil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin “Ajansspor” portalı məlumat yayıb.
Məlumata görə, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk kreativ yarımmüdafiəçi axtarır və onun bu kateqoriyada əsas hədəfi 25 yaşlı Eduard Spertsyandır.
İstanbul klubu transferi yekunlaşdırmaq üçün yanvarda “Krasnodar”a rəsmi təklif göndərmək niyyətindədir.
“Krasnodar” da öz növbəsində müqaviləsi başa çatan futbolçunun transferi üçün təklifləri nəzərdən keçirməyə hazırdır.
Futbolçu ilə Fransa PSJ-si də daxil olmaqla Avropa klublarının da maraqlandığı bildirilir.
Qeyd edək ki, Spertsyanın “Krasnodar”la müqaviləsi 2026-cı ildə başa çatır. Bu mövsüm o, bütün turnirlərdə 16 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib. 
Rusiya klubunun heyətində indiyədək 159 oyun keçirən futbolçu 49 qol vurub və 42 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top