Növbəti 4 ildə “Böyük Qayıdış” proqramının icrasına nə qədər pul xərclənəcək?


Gələn il dövlət büdcəsində əsaslı xərclər çərçivəsində bir sıra strateji əhəmiyyətli dövlət proqramlarının maliyyələşdirilməsi nəzərdə tutulur.
Yeniavaz.com 
xəbər verir ki, bu, Maliyyə Nazirliyinin tərtib etdiyi “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə əksini tapıb.
Bildirilir ki, bu proqramlar sırasında “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” kimi sənədlər xüsusi yer tutur.
Orta müddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin mühüm hissəsini “Böyük Qayıdış” proqramının icrası, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi təşkil edəcək.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində görüləcək işlər üçün xərclərin 2026–2029-cu illərdə 13,5 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu məbləğ dövlətin əsaslı xərclərində 23,5 faiz paya malik olacaq.

DİGƏR XƏBƏRLƏR

Top