HƏMAS daha iki ölü girov cəsədini İsrailə təhvil verəcək


Fələstinin HƏMAS hərəkatı daha iki girovun qalıqlarını yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 23:00 - red.) İsrailə təhvil verəcək.
Yeniavaz.com
xəbər verir ki, müvafiq bəyanat hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının teleqram kanalında dərc olunub.
“İsrailli girovların fələstinli məhbuslarla mübadiləsi razılaşmasının bir hissəsi olaraq, biz bu gün axşam saat 22:00 radələrində daha iki israilli girovun cəsədini tibb əməkdaşlarına təhvil vermək qərarına gəldik”, - bəyanatda deyilir.
Qalıqları Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil veriləcək girovların adları açıqlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top