
“ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Amerika liderinin administrasiyasını tərk edərək diqqətini biznesinə yönəltmək niyyətindədir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri mənbələrə istinadən məlumat yayıb.
“Mənbələr bildirirlər ki, Stiv Uitkoff Qəzza razılaşmasından sonra Tramp administrasiyasını tərk edir. Uitkoff Yaxın Şərqdə aylarla davam edən hərtərəfli diplomatiyadan sonra diqqətini öz biznesinə yönəltmək niyyətindədir”, - nəşr yazır.
Qəzet yazır ki, Uitkoffun gedişi ABŞ-nin prezident Trampın Qəzza sülh planının sonrakı mərhələlərində nə dərəcədə fəal iştirak edəcəyini sual altına qoya bilər. MEE qeyd edir ki, plan HƏMAS-ın tərksilah edilməsindən Qəzzanın yenidən qurulmasına və Fələstin texnokratik hökumətinin təyin edilməsinə qədər bir sıra bəndləri əhatə edir.
Oktyabrın 13-də ABŞ prezidenti İsrail parlamentində çıxışı zamanı Qəzzada münaqişənin bitdiyini bəyan edib.