Messi rekorda imza atdı


Argentina milli futbol komandasının hücumçusu Lionel Messi beynəlxalq oyunlarda ötürmələrə görə yeni rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, çərşənbə günü Argentina yoldaşlıq görüşündə Puerto-Rikonu 6:0 hesabı ilə məğlub edib.
Messi 2 məhsuldar ötürmə edib və ümumi sayını 60-a çatdırıb.
O, amerikalı Lendon Donovanın 58 rekordunu geridə qoyub.
38 yaşlı Messi 2023-cü ildən “İnter Mayami”də oynayır. Messi karyerası ərzində “Barselona” və “Paris Sen-Jermen”də çıxış edib. “Barselona” ilə hücumçu on İspaniya çempionluğu, dörd Çempionlar Liqası və üç Klublararası Dünya Kubokunun qalibi olub. O, həmçinin səkkiz Qızıl top mükafatını qazanıb. Argentina milli komandasının tərkibində 2022-ci il Dünya Kubokunun, Amerika Kubokunun (2021, 2024), Finalissima (2022) və Olimpiya Oyunlarının (2008) qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top