
İspaniyanın “Barselona” klubu hollandiyalı yarımmüdafiəçi Frenki de Yonqla müqaviləni 2029-cu ilə qədər uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klub rəsmi saytında məlumat yayıb.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi 2019-cu ildən “Baqselona”da çıxış edir. Bu müddət ərzində o, İspaniya çempionatında 183 oyun keçirib, 14 qol vurub və 16 məhsuldar ötürmə edib.
Kataloniyalılarla yarımmüdafiəçi iki dəfə La Liqanın, həmçinin, İspaniya Kubokunun və Superkubokunun qalibi olub.
Ötən mövsüm de Yonq bütün turnirlərdə 46 matçda meydana çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib.
Xatrladaq ki, onun “Baqselona”dan əvvəlki son klubu Amsterdamın “Ayaks” klubu olub.