Azərbaycan göyərçin ətini İtaliyaya 35, Fransaya isə 44 manata satır


Bu ilin ilk 8 ayı ərzində Azərbaycandan 3 ölkəyə – İtaliya, Fransa və İspaniyaya ümumilikdə 18,8 ton göyərçin əti ixrac edilib.
Yeniavaz.com
xəbər verir ki, İtaliyaya 13,8 ton, Fransaya 4,8 ton, İspaniyaya isə 170 kiloqram göyərçin əti satılıb.
Qeyd edək ki, İtaliyaya ixrac olunan göyərçin ətinin bir kiloqramının orta gömrük dəyəri 35,5 manat, Fransaya 44,3 manat, İspaniyaya isə 45,3 manat olub.
Onu da bildirək ki, ötən ilin eyni dövründə Azərbaycandan bu ölkələrə ümumilikdə 10,6 ton göyərçin əti satılıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top