Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verildi


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, Ramil Həsən MSK-ya müraciət edib.
Ramil Həsən müraciətində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçildiyi üçün deputat səlahiyyətlərinə xitam verilməsini istəyib və sənədlər araşdırılaraq Ramil Həsənin deputat səlahiyyətinə xitam verilməsi üçün əsaslar olduğu təsbit edilib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.
Ramil Həsən vəzifəsinin icrasına bu gün başlayıb.
Xatırladaq ki, bundan əvvəl TÜRKPA Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya Er tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA Baş katibi olub.

DİGƏR XƏBƏRLƏR

Top