
Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 90 maddə ilə genişləndirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, sanksiyalar, xüsusilə “Lukoil” və “Rosneft” neft şirkətlərinə tətbiq edilib.
Sanksiyalar Rusiyanın Milli Ödəniş Kart Sistemindən də yan keçməyib.
Yeni sanksiyalar Rusiya ilə əlaqəsi olduğu iddia edilən 51 gəmini də əhatə edib.
Britaniya həmçinin, “Transstroybank”, “Primsotsbank” və “BBR Bank” da daxil olmaqla bir sıra Rusiyanın kredit təşkilatlarına sanksiya tətbiq edib.