Madaqaskarda hərbi çevriliş baş verib – Prezident ölkədən qaçıb


Madaqaskarın silahlı qüvvələri ölkədə hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisə ölkədə davam edən sistematik elektrik və su kəsilmələri ilə bağlı baş qaldıran kütləvi etirazlardan sonra baş verib. Etirazçılarla polis arasında toqquşmalar nəticəsində azı 22 nəfər həlak olub, onlarla insan yaralanıb.
Hadisələrdən sonra Prezident Andry Rajoelina ölkəni tərk edib. Parlament onun barəsində impiçment elan etdiyini açıqlayıb.
Hazırda Madaqaskarda fövqəladə vəziyyət elan olunub, ordu dövlət idarəçiliyinə nəzarəti tam ələ alıb.

DİGƏR XƏBƏRLƏR

Top