Ramiz Mehdiyev jurnalistin sualını cavabsız qoyub – Səs yazısı


Ötən gün 4 aylıq ev həbsinə məhkum edildiyi bildirilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev telefona cavab verib. 
Yeniavaz.com
xəbər verir ki, Manset.az saytı Mehdiyevlə əlaqə saxlayıb.
Jurnalist keçmiş PA rəhbərinin dövlətə xəyanətdə ittiham edilməsi haqda mövqeyini soruşub. O, telefonu açsa da, sualı eşidən kimi dəstəyi asıb. 
Xatırladaq ki, Bakı şəhəri Səbail rayon məhkəməsi dünən Mehdiyev Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri maddələri ilə ittiham edilir.

DİGƏR XƏBƏRLƏR

Top