Azərbaycanda avtomobil istehsalı azalıb


Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda 2 546 ədəd minik avtomobili istehsal edilib.
Yeniavaz.com 
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 29,7% azalıb.
Bundan başqa, bu ilin yanvar-sentyabr aylarında ölkədə 273 ədəd yük avtomobili istehsal olunub və ötən ilin analoji dövrü ilə müqayisədə 30,7% azalıb.
Qeyd edək ki, sentyabr ayının 26-da Azərbaycanda ilk yerli istehsal olan elektrik avtobuslarının istifadəyə verilməsiylə bağlı məlumat yayılıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top