Azərbaycan avqust ayında yumurta ixracını tamamilə dayandırıb


Bu ilin avqust ayında Azərbaycan xarici ölkələrə quş yumurtası ixracını dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu ilin əvvəlindən avqust ayına kimi Azərbaycandan xaricə ümumi dəyəri 5 milyon 949,6 min dollar olan 82 milyon 892,2 min ədəd toyuq yumurtası ixrac edilib.
İxrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 7,2 sent (təxminən 12,2 qəpik) olub.
Qeyd edək ki, bu ilin ilk 7 ayında yumurta ixracı 5 ölkəyə – ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Qambiya və Syerra-Leoneyə həyata keçirilib.
Birləşmiş Ərəb Əmirliklərinə – 53 milyon 462,2 min ədəd;
ABŞ-yə – 33 milyon 499,4 min ədəd;
İraqa – 360 min ədəd;
Qambiyaya – 898,56 min ədəd;
Syerra-Leoneyə – 792 min ədəd.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top