
ABŞ-nin “İnter Mayami” klubunun və Argentina millisinin hücumçusu Lionel Messi gənclər arasında Messi Kuboku turniri təşkil etdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “İnstaqram” səhifəsində məlumat verib.
Turnir dekabrın 9-dan 14-dək ABŞ-nin Florida ştatının Mayami şəhərində keçiriləcək.
Futbolçunun sözlərinə görə, turnirdə Argentinanın “River Pleyt” və “Nyuells Old Boyz”, Amerikanın “İnter Mayami”, İspaniyanın “Barselona” və “Atletiko Madrid”, İngiltərənin “Çelsi” və “Mançester Siti” və İtaliyanın “İnter” klubları iştirak edəcək.
Qeyd edək ki, 38 yaşlı Messi 2023-cü ildən ABŞ-nin “İnter Mayami” klubunda oynayır.
Messi karyerası ərzində “Barselona” və “Paris Sen-Jermen”də çıxış edib. “Barselona” ilə forvard on İspaniya çempionluğu, dörd Çempionlar Liqası və üç FIFA Klublararası Dünya Kubokunu qazanıb.
Argentinalı səkkiz dəfə “Qızıl top”unnqalibi olub.
Argentina milli komandası ilə 2022 Dünya Kubokunu, 2021 və 2024 Amerika Kubokunu, 2022-ci ildə Finalissima və 2008-ci ildə Olimpiya Oyunlarını qazanıb.