
Ermənistanda saxlanılan keşişlərin sayı 13-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Üçmiədzin taxt-tacının bəyanatında deyilir.
Erməni kilsəsinin bəyanatında yeparxiya və din xadimlərinin evlərində axtarışların Hovhannavank monastırının keşişi Aram Asatryanın yaydığı yalan məlumat və “Məlumatlı Vətəndaşlar İttifaqı” ictimai təşkilatının prezidenti Daniel İoannisyanın bəyanatı əsasında aparıldığı qeyd edilib.
Bəyanatda həmçinin qeyd olunur ki, yepiskop Mkrtiç, Araqatsotn yeparxiyasının baş məmuru, keşiş Sarkis Sarkisyan, keşiş Narek Sarkisyan, keşiş Oşin Ayrapetyan, rahib Hambardzum Danielyan və ata Vrtanes Baqalyanın saxlandığı yerlər gizlədilib. Bununla da, onlar hüquqi yardım almaq imkanından saatlarla məhrum edilib.
Saxlanılan keşişlərə qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 149-cu maddəsinin 2-ci hissəsinin 4-cü bəndi (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçki hüquqlarının həyata keçirilməsinə mane olma) və 236-cı maddəsinin 3-cü hissəsi (məşğələnin keçirilməsinə mane olmaq, habelə iclasın keçirilməsinə və ya iclasda iştiraka maddi yardım göstərmək məqsədi ilə vəzifə səlahiyyətlərindən istifadə etməklə və ya onların vasitəsilə əldə edilmiş təsir) ilə cinayət işi başlanıb.
***13:44
Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları daha beş keşişi saxlayıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə vəkil Ara Zöhrabyan bildirib.
Bununla da, saxlanılan keşişlərin sayı 6-ya çatıb.
“Hazırda İstintaq Komitəsi aşağıdakı keşişləri saxlayır: Paren Arakelyan, Manuk Zeynalyan, Hayk Saakyan, Gevond Qapoyan və Mkrtiç Yeranyan”, - vəkil qeyd edib.
O, keşişlərlə yanaşı, mülki şəxslərin də saxlanıldığını bildirib.
Hüquq-mühafizə orqanlarından hələ ki, rəsmi açıqlama verməyib. Saxlanılan keşişlərə qarşı ittihamlar məlum deyil.
***11:24
Ermənistan hüquq-mühafizə orqanları Saqmosavank monastırının abbatı, keşiş Paren Arakelyanı saxlayıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həmçinin, bütün ermənilərin katolikosu II Qareginin qardaşı oğlu Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyanın evində axtarış aparılıb.
Mətbuat xidmətinin məlumatına görə, yepiskop İstintaq Komitəsinə aparılıb.
Həbslərin səbəbi də bağlı məlumat verilməyib.