
ABŞ Prezidenti Donald Tramp bu il sentyabrda sui-qəsd nəticəsində öldürülən mühafizəkar siyasi fəal Çarli Kirki ölümündən sonra “Azadlıq” medalı ilə təltif edib.
Yeniavaz.com xəbər verir ki, ABŞ prezidenti mükafatı Ağ Evin həyətində keçirilən mərasimdə onun dul həyat yoldaşı Erika Kirkə təqdim edib.
Mərasim Çarli Kirkin doğum gününə həsr olunub.
Tədbirdə onun həyat yoldaşı Erika Kirk, vitse-prezident Ceyms Devid Vens, xəzinədarlıq katibi Skot Bessent, ticarət katibi Hovard Lutnik, baş prokuror Pam Bondi və müdafiə naziri Pit Heqset də iştirak ediblər.
“Çarlz Ceyms Kirk həm uzaqgörən, həm də nəslinin ən böyüklərindən idi”, - deyə Tramp mərasim zamanı bildirib.