
Bu ilin ilk doqquz ayında ölkədə 20 milyard 502,9 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
Yeniavaz.com rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artım deməkdir.
İstehsal olunan elektrik enerjisinin 19 milyard 817,2 milyon kVt/saatı əmtəəlik enerji olub. Onun əsas hissəsi istilik elektrik stansiyaları hesabına təmin edilib. Bu stansiyalarda 16 milyard 919,5 milyon kVt/saat enerji istehsal edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 0,4 faiz azdır.
Su elektrik stansiyalarında istehsal 2 milyard 382,6 milyon kVt/saat olub və 1,5 faiz artım qeydə alınıb.
Bərpa olunan enerji mənbələri üzrə fərqli dinamika müşahidə edilib. Külək elektrik stansiyalarında istehsal 26,4 faiz səviyyəsində azalaraq 31 milyon kVt/saat, günəş elektrik stansiyalarında isə əksinə, 12 faiz artaraq 484,1 milyon kVt/saat təşkil edib.
Elnur Əli