
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya mıllisinin hücumçusu Kriştianu Ronaldo yeni idman rekordu müəyyənləşdirib.
Yeniavaz.com xəbər verir ki, Ronaldu Portuqaliyanın DÇ-2026-nın seçmə mərhələsindəki Macarıstana qarşı oyununda karyerasının 947-ci qolunu vurub.
Bu, onun Dünya Çempionatının seçmə mərhələsində vurduğu 40-cı qol olub və bu mərhələdə vurulan qolların sayına görə rekorda imza atıb. Ronalda Portuqaliya-Masarıstan matçında daha qol vuraraq, seçmə mərhələsindəki qollarının sayını 41-ə çatdırıb.
Bundan əvvəlki rekord dünya çempionatının seçmə mərhələsində 39 qol vuran Qvatemala millisinin hücumçusu Karlos Ruisə məxsus idi.
Ronaldo indi Dünya Çempionatının seçmə mərhələsində vurduğu qolların sayına görə bombardirdir. Argentinalı Lionel Messi 36 qolla üçüncü, iranlı Əli Daei dördüncü (35), polşalı Robert Levandovski isə beşincidir (33).
Qeyd edək ki, Portuqaliya-Macarıstan oyunu 2:2 hesabı ilə heç-heçə başa çatıb.Portuqliyanın qollarını Ronaldo (22, 45+3), Macarıstanın qollarını isə Atilla Salai (8) və Dominik Soboslai vurub. Oyun Portuqaliyanın Lissabon şəhərini Xose Alvalade stadionunda keçirilib.